Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Digər » Hollivud ayağa qalxdı: Nəhəng studiyaların birləşməsinə etiraz edilir
Digər

Hollivud ayağa qalxdı: Nəhəng studiyaların birləşməsinə etiraz edilir

Kino və televiziya sənayesində çalışan minlərlə nümayəndə "Paramount" və "Warner Bros. Discovery" studiyalarının planlaşdırılan birləşməsinə etiraz edib.


TRENDX.AZ "Report"a istinadən xəbər verir ki, açıq məktubla çıxış edən sənət adamları bu razılaşmanın dayandırılmasını tələb ediblər.

Məktubu imzalayanlar arasında tanınmış aktyor və rejissorlar da yer alıblar.

Onların fikrincə, belə bir addım iş yerlərinin azalmasına, rəqabətin zəifləməsinə və tamaşaçı seçimlərinin məhdudlaşmasına səbəb ola bilər. Həmçinin sənaye daxilində müxtəlifliyin və müstəqilliyin zərər görəcəyi qeyd olunub.

Bundan əlavə, Rob Bonta və digər ştatların nümayəndələrinin sövdələşmənin mümkün antiinhisar nəticələrini araşdırdığı bildirilir. Hələlik "Paramount" və "Warner Bros. Discovery" tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma