Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Gündəm » "Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb
Gündəm

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri davam edir.

Bu barədə TRENDX.AZ-ə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, uzun illər ərzində mürəkkəb hidrogeoloji şərait və qrunt sularının təsiri nəticəsində bu sahədə aşınmalar yaranmışdı. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir.

Dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. Stansiyanın yenidənqurulması isə 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, "Həzi Aslanov" stansiyasına keçid funksiyası daşıyacaq "Y-17" stansiyasının inşası dövründə həyata keçiriləcək.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma