Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Gündəm » İlham Əliyev: Bizim planımız 2032-ci ilə qədər 8 qiqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır
Gündəm / Siyasət

İlham Əliyev: Bizim planımız 2032-ci ilə qədər 8 qiqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır

Avropa Komissiyası öz ictimai bəyanatlarında hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş adlandırır və bu enerji əməkdaşlığı böyüyür.


TRENDX.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.

"Biz neft satışı ilə başladıq, indi təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik və "yaşıl enerji" ixrac etməyi planlaşdırırıq", - Prezident bildirib və planları açıqlayıb:

"Portfelimizdə olan sərmayə sahələrindən biri də nəhəng Günəş və külək potensialına malik bərpaolunan enerji mənbələridir. Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, – hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, – 2032-ci ilə qədər 8 qiqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək".

İlham Əliyev vurğulayıb ki, bu qaza hər zaman ehtiyac olub, son bir neçə ildə ehtiyac artıb, son bir neçə ayda isə daha da artmış olub:

"Planımız istehsalı və mütləq şəkildə ixracı artırmaqdır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik".

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma