Bakı ☀️ +23°C bazar, 11 oktyabr 2026
USD 1.7000 +0.0000 EUR 1.9093 +0.0000 RUB 0.0200 +0.0000
Gündəm

İlham Əliyev: Potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir

İlham Əliyev: Potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir

Azərbaycanla Latviya arasında müdafiə sənayesi də müzakirə olunub.


TRENDX.AZ "Report"a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.

"Müzakirə etdiyimiz və bəlkə də potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir", - İlham Əliyev bildirib və əlavə edib ki, iki ölkənin bu sahədə imkanları fəal şəkildə inkişaf etdirilir:

"Bizə gəldikdə isə biz müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərəmizin, - söhbət özəl və dövlət şirkətlərindən gedir, - məhsullarını böyük sayda ölkələrə artıq ixrac edirik. Beləliklə birgə istehsal sahəsində əməkdaşlıq, işbirliyinin yaradılması bizim nəzərdən keçirə biləcəyimiz məsələlər ola bilər. Bir çox digər məsələlər də var".

Sevimlilərə əlavə et