Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Dünya » "Yandex"in top-meneceri balıq tutarkən həlak olub
Dünya

"Yandex"in top-meneceri balıq tutarkən həlak olub

Rusiyada "Yandex" şirkətinin top-meneceri Sergey Loyter Volqoqrad vilayətində balıq tutarkən həyatını itirib.

TRENDX.AZ xəbər verir ki, bu barədə aprelin 27-də hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

Məlumata görə, Loyter və volqoqradlı tikinti şirkəti sahibi Aleksandr Nazarov Volqoqrad vilayətinin Svetloyarski rayonunda balıq ovu zamanı itkin düşüblər. Axtarışlar nəticəsində Loyterin meyiti tapılıb.

"RIA Novosti"yə açıqlama verən mənbə bildirib ki, Nazarovun axtarışları davam etdirilir.

Qeyd edək ki, daha əvvəl Voloqda vilayətində "Verxovajski vestnik" qəzetinin jurnalisti Vladimir Basovun cəsədi bir neçə günlük axtarışdan sonra Vaqa çayında aşkarlanmışdı. O, 35 ilini regional jurnalistikaya həsr edib.

Həmçinin fevralın 8-də Həştərxan vilayətində xilasedicilər Volqa çayı üzərində sürüklənən buz parçası üzərində qalan, aralarında bir uşaq da olmaqla, yeddi nəfəri xilas etmişdilər. Ehtimal olunur ki, onlar balıq ovu ilə məşğul olurdular.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma