Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Sakitləşdirici ot dəmləmələri - RESEPTLƏR
---

Sakitləşdirici ot dəmləmələri - RESEPTLƏR

Müasir insanın həyatı stress və həyəcanla doludur. Xroniki stress çox ziyanlıdır. Belə stress sinir, ürək-damar, immun, endokrin sistemlərinə çox ciddi ziyan vurur.
Məhz bu səbəbdən bir çox xəstəliklərin risk faktorları arasında həkimlər xroniki stresi xüsusilə vurğulayırlar.
Xalq təbabəti streslə mübarizədə bizə bir çox vasitələr təqdim edir. Bu vasitələr arasında sakitləşdirici ot dəmləmələri əsas yer tutur.
BiG.AZ saglamolun.az-a istinadən sizə bu dəmləmələrin reseptlərini təqdim edir:
- 1 çay qaşığı pişikotu kokü, 1 çay qaşığı quru nanə, 1 çay qaşığı mayaotu toxumu 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla içilir. Dəmləməyə bal əlavə etmək olar. Bal da sakitləşdirici təsirə malikdir.
- 1 çay qaşığı şüyüd toxumu, 1 çay qaşığı zirə, bıçağın ucunda darçın 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.
- 1 çay qaşığı çobanyastığı, 1 çay qaşığı melissa, 2-3 dənə mixək 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gündə 3 dəfə qəbul edin.
- 1 xörək qaşığı yemişan, 1 portağalın qabıqları, bıçağın ucunda zəncəfil tozu termosda 1/2 l qaynar suda axşamdan dəmlənilir, səhər süzülür və gün ərzində içilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma