Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Vəfalı pişik iki aydan çoxdur sahibinin məzarı üzərində oturub
---

Vəfalı pişik iki aydan çoxdur sahibinin məzarı üzərində oturub

"Twitter" istifadəçisi "LavBosniak" iki aydan çoxdur Serbiyanın İslam icmasının keçmiş baş müftisi Müəmmar Zukorliçin məzarı üzərində küskün oturan və evə qayıtmaq istəməyən sadiq pişik barədə paylaşım edib.
Heyvanın sahibi 6 noyabr 2021-ci ildə ürək tutmasından vəfat edib. O, Serbiya və digər Balkan ölkələrindəki müsəlman icmasının tanınmış simalarından olub.
Zukorliçin ölümündən sonra onun pişiyi din xadiminin məzarı üstündə oturub. Heyvan sahibinin dəfn olunduğu yeri tərk etməkdən imtina edib. Paylaşımda qeyd edilib ki, pişik hələ də oradadır.
Heyvanın sədaqəti "Twitter" istifadəçilərini təsirləndirib.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma