Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Meyxanaçının vəziyyəti yaxşı deyil
---

Meyxanaçının vəziyyəti yaxşı deyil

Tanınmış meyxanaçı Mahir Cürətin vəziyyəti yaxşı deyil.
Bu barədə o, OLAY-a açıqlamasında məlumat verib. Söz ustadı ayaqlarındakı problemin sağalmadığını söyləyib:
"Əsas ayaqlarımda problem var. Ağrıyır, sağalmır. Yaxşı deyiləm. Gücüm çatan qədər müalicə edirəm. Bir az yaxşılaşır, sonra yenə pis olur. Hələ ki belədir. Bilmirəm necə olacaq, nə çıxacaq, yoxlatdırmamışam".
M. Cürət bildirib ki, sənət dostları onunla maraqlanmır:
"Allah köməkləri olsun. Kiminsə adını çəkməyim düzgün deyil. Heç Allahın salamını vermədilər ki, necəsən, ölmüsən, ya qalmısan? O ki qaldı nəsə kömək edələr. Heç nə lazım deyil. Mənim arxamda 10 milyon xalq var. Onlar guya soruşmasalar nə olacaq? Nail Kəmərli çəkib yayımlanmışdı, ondan sonra kömək edənlər oldu.
Amma müalicəm, bir də kitabın çapı yarımçıq qalıb. Fədayə Laçın isə yəqin haradasa görüb, paylaşıb, sağ olsun. Çox da paylaşılmasını istəmirəm, sonra deyərlər ki, Mahir dilənçilik edir. Mən o adam deyiləm. O vaxt Elgiz çağırdı ki, gəl verilişdə müraciət et, 30 min pul yığaq. Dedim, ay Elgiz, mən elə adam deyiləm. Burda elə də böyük iş yoxdur. Bir az kömək lazımdır".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma