Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Kadir İnanır əməliyyat olundu
---

Kadir İnanır əməliyyat olundu

Bir müddətdir Dalamanda yaşayan aktyor Kadir İnanır ötən həftəsonu xəstəxanaya yerləşdirilib.
BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, həkimlər aktyorun nəzarət altına alındığını açıqlayıb. Xəstəxana İnanırla bağlı bu səhər yeni açıqlama yayıb. Bildirilib ki, aktyor əməliyyat olunub.
"Əməliyyat ötən gün axşam oldu. Uğurlu keçdi və reanimasiyadadır. Müalicəsi davam edir" deyə, xəstəxanadan deyilib.
Həyat yoldaşı Jülide Kural isə açıqlamasında aktyorun hazırda durumunun yaxşı olduğunu bildirib.
Qeyd edək ki, parkda gəzən zaman halı pisləşən Kadir İnanır xəstəxanaya çatdırılıb. Aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olub. Bədəninin 80 faizi iflic olma riski ilə qarşı-qarşıya qalan Kadirin həkimlər durumunun yaxşılığa doğru getdiyini açıqlamışdı.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma