Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ramiz Novruzdan səhhəti ilə bağlı - Açıqlama
---

Ramiz Novruzdan səhhəti ilə bağlı - Açıqlama


“Səhhətimlə bağlı şayiələr yayılıb, həmin məlumat səhvdir”.


Bunu “Qafqazinfo”ya açıqlamasında Xalq artisti Ramiz Novruzun səhhəti ilə bağlı danışarkən deyib.


“Səhhətimdə narahatlıq var idi, soyuqdəymə idi. Oğlum Cavidan yuxulu-yuxulu dostuna nə isə deyib. Dostu da bunu ayrı cür yayıb. Haqqımda yayılan məlumat səhvdir. Fəxr edirəm ölkəmlə, dövlətimlə, diqqətsiz qoymadılar, dərhal maraqlandılar. Hər şey nəzarət altındadır. Mən də özümü yaxşı hiss edirəm”, - Xalq artisti bildirib.


Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Novruza mədə xərçəngi diaqnozu qoyulması ilə bağlı xəbər yayılmışdı.


Hüseyn Məmmədsalahov
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma