Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Dünyanın yeni ən zəngin insanı məlum olub
---

Dünyanın yeni ən zəngin insanı məlum olub

"Amazon" şirkətinin banisi Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib.
"Report" xəbər verir ki, bununla bağlı yeniliklər real zaman rejimi ilə yenilənən "Forbes Real-Time"ın siyahısında çıxıb.
Hazırda Bezosun sərvəti 192,4 milyard ABŞ dollar məbləğində qiymətləndirilir. Onun sərvəti bir gün ərzində 6,76 faiz və ya 13,9 milyard ABŞ dolları azalıb. Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri "Louis Vuitton Moët Hennessy" (LVMH) şirkətinin sahibi Bernar Arno olub. "Forbes"in versiyasına görə, onun sərvəti 192,9 milyard ABŞ dollarına çatır.
Siyahıda üçüncü yeri "SpaceX"-in rəhbəri, "Tesla"nın baş direktoru İlon Mask tutur. Onun sərvəti bir gün ərzində 2,2 milyard ABŞ dolları artıb və 179,4 milyard ABŞ dolları olub.
Bezosun sərvəti "Amazon"un səhmlərinin ucuzlaşmasına görə azalıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma