Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Toy qiymətlərini 15 minə qaldırmışdılar" - Nazim müğənnilərin sirrini açdı
---

"Toy qiymətlərini 15 minə qaldırmışdılar" - Nazim müğənnilərin sirrini açdı

"Faytonçu" ləqəbli müğənni Nazim Pişiyarı sənət adamlarının maddi sıxıntılar yaşadığını deyib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "MTV Azərbaycan"a açıqlamasında danışıb. O bildirib ki, özü də pulsuzluqdan əziyyət çəkir:
"Bizim qazancımız el şənliklərindəndir. Bu gün toylara qadağa qoyulub. Şoumuz axsayıb, biznes tərəfi yoxdur. Nəsə iş görəndə, kassa tərəfi lazım olurdu. Mahnı alanda, aranjiman edəndə, studiyada oxuyanda pul xərcləyirsən. Niyə gizlədim, pulum tükənib. Həmkarlarım da bu haqda danışır. Mən də susmuram, vəziyyətimiz olduqca çətinləşib. İnsanlardan xahiş edirəm, bizlə nəvazişlə danışsın. Biz sənət adamları həssas biriyiq. Tənqid edirsiz, amma təhqir olmaz. Bizə pis təsir edir".
Nazim sənət adamlarının toy qiymətlərindən də danışıb:
"Digər həmkarlarımın toy qiyməti kəllə-çarxa idi: 15,12,10, 8 minə toya gedirdilər. Mənim qiymətim 5 min idi. Sabah da 5 minə gedəcəm. 8 minə toya getmirdim ki, indi vəziyyəti düşünüb 5 min edim".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma