Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Onlar da Uill Smitin layihələrini dayandırdı
---

Onlar da Uill Smitin layihələrini dayandırdı

"Oskar" mükafatlandırma mərasimində yaşanan qalmaqaldan sonra üzr istəməsinə baxmayaraq Uill Smitə qarşı yönələn sanksiyalar davam edir.
Axşam.az xəbər verir ki, "Netflix" baş rolunu Smitin canlandırdığı "Parlaqlıq" filminin çəkilişlərindən imtina edib. Bu barədə "Bloomberg"in müxbiri Lukas Şou öz tviter hesabında yazıb.
"Bloomberg" eyni zamanda "National Geographic" layihəsinin aktyorla bağlı həyata keçirdiyi layihəni dayandırdığını açıqlayıb. "Qütbdən qütbə" adlı sənədli filminin çəkilişlər payıza qədər təxirə salınıb.
Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olmuşdu. Aktyor daha sonra hərəkətinə görə üzr istəmişdi.
Buna baxmayaraq bir çox şirkət onunla əməkdaşlığı dayandırıb. Amerika kinoakademiyası isə Smiti 10 il müddətində "Oskar" mükafatlarından və təqdimat mərasimlərindən uzaqlaşdırıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma