Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » ABŞ-da benzinin qiyməti rekord həddə çatdı
---

ABŞ-da benzinin qiyməti rekord həddə çatdı

ABŞ-da bir qallon (3,785 litr) benzinin orta qiyməti 5 dolları keçərək, rekord həddə çatıb.
Bunu ölkədəki 60 mindən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyasının məlumatları sübut edir.
Şənbə günü "Regular" benzinin (AI-92) bir qallonunun qiyməti ABŞ-da 5,004 dollara qalxıb. Cümə günü bu rəqəm 4,986 dollar, Co Baydenin ABŞ prezidenti kimi andiçmə mərasimindən sonrakı ilk həftədə isə 2,39 dollar olub.
Ölkədə ən yüksək benzin qiymətləri ənənəvi olaraq Kaliforniya ştatında müəyyən edilir. Orada sürücülər indi orta hesabla hər qallon üçün 6,42 dollar ödəyirlər.
ABŞ-da pərakəndə benzin qiymətlərində güclü artım qışın sonunda başlayıb, maksimum göstəricilər silsiləsi ardıcıl dördüncü həftədir yenilənir.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma