Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir - Ağdam RİH
---

Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir - Ağdam RİH

Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir - Ağdam RİH


Ermənilərin Ağdam rayonunu atəşə tutması nəticəsində 1 nəfər mülki şəxs həlak olub, 10 nəfər isə yaralanıb.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Mənsur Quliyev deyib.

Onun sözlərinə görə, atəş nəticəsində 8 ev tamamilə dağılıb, 26 evə ziyan dəyib:

"Sentyabrın 28-dən başlayaraq, Ağdam rayonunun bütün- 25 yaşayış məntəqəsi atəşə tutulub. Evlərlə yanaşı, yardımçı tikililərə də ziyan dəyib. Bununla yanaşı, Ağdamın Təzəkənd kəndinin modul tipli orta məktəbinin həyətinə də mərmi düşüb. Nəticədə məktəb binasına da ziyan dəyib".

M.Quliyev deyib ki, hazırda da ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma