Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Dünyada ən çox satılan mobil telefonlar bunlardır
---

Dünyada ən çox satılan mobil telefonlar bunlardır

Dünyada ən çox satılan mobil telefonlar bunlardır


Nüfuzlu “Gartner” konsaltinq şirkəti bu il ən çox smartfon satmış şirkətlərin yeni reytinqini dərc edib. Qlobal satış tempinin bir qədər azalmasına baxmayaraq, reytinqin liderləri xeyli qurğu satmağa müvəffəq olublar və bəzi hallarda ötənilki göstəricilərini üstələyiblər.

Analitiklərin məlumatına görə, 79,05 milyon qurğu satmış Cənubi Koreyanın “Samsung” şirkəti 2019-cu ilin üç rübünün göstəricisinə görə lider olub. Şirkətin mobil bazarda ümumi payı 20,4%-dir.

65 milyon smartfon satmış “HUAWEI” reytinqdə ikinci pilləni tutub. ABŞ hökuməti tərəfindən qoyulmuş sanksiyalara baxmayaraq, şirkətin smartfonlarının qlobal cihaz tədarükündə payı 17%-ə bərabər olub.

Reytinqdə üçüncü pillədə qərarlaşmış ABŞ-ın “Apple” şirkətinin satışları xeyli azalıb. İstehsalçı hesabat dövründə ötən illə müqayisədə 5 milyon daha az aparat satıb.(publika)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma