Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Qəhvə və şokoladın ləzzətli tandemi- HAZIRLANMASI
---

Qəhvə və şokoladın ləzzətli tandemi- HAZIRLANMASI

Qəhvə və şokoladın ləzzətli tandemi- HAZIRLANMASI


Qəhvəli, şokoladlı mus qəhvə və şokoladsevərləri məst edəcək.

Tələb olunan ərzaqlar

160 qr acı şokolad

20 qr kərə yağı

100 ml təzə dəmlənmiş qəhvə

3 yumurta

30 qr şəkər tozu

1 çimdik duz

Üzəri üçün

1 stəkan süd

Təzə nanə yarpağı

Kakaolu pasta

Hazırlanması

Kasaya acı şokolad, kərə yağı və təzə dəmlənmiş qəhvəni əlavə edin. Məhlulu ocaqda əritdikdən sonra kənara qoyun.

Yumurta sarıları və ağlarını ayırın. Sarılarını şəkər tozu ilə qarışdırıb çırpın. Yumurta ağlarına isə 1 çimdik duz əlavə edib köpüklənənə qədər blenderlə qarışdırın.

İlıq qəhvəli şokolad qarışığını yumurta sarısının olduğu kütləyə əlavə edib qarışdırın. Sonra köpüklənən yumurta ağını da həmin kütləyə qatın. Qarışığı 2-3 saat buz dolabında saxlayın.

Kakaolu pastanı əlinizlə bölərək üzərinə süd tökün. Onu buz dolabındakı kütlənin üzərinə əlavə edin. Şirniyyatın üzərinə təzə nanə yarpaqları qoyaraq servis edə bilərsiniz.(publika)

Nuş olsun
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma