Bəzən adi qida məhsullarını ağlagəlməz sahələrdə istifadə etmək olar. Məsələn, qabartma tozunun saç və dəri üçün faydalı olduğunu bilirdinizmi?
BiG.AZ xarici mətbuata istinadən qabartma tozunun gündəlik həyatınızda yararlana biləcəyiniz faydalarından yazacaq.
1- Şampununuza qatdığınız bir miqdar qabartma tozu saçlarınızı daha dolğun göstərəcək.
2 - Uzun illərdir ki, qabartma tozu dişləri ağartmaq üçün istifadə olunur.
3 - Təbii pilinq olan qabartma tozu ilə hamar dəriyə sahib ola bilərsiniz.
4 - Pedikür və manikür suyuna bir miqdar qabartma tozu əlavə etsəniz, ölü dəri daha tez yumşlacaq, ümumilikdə əl və ayaqlarınız daha yumşaq olacaq.
5 - Günəş yanıqlarında ağrıları azaltmaq üçün su ilə qarışdırıb bədəninizə çəkə bilərsiniz.

Natəvan Baxşiyeva