Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Saxta nikah bağladığı qadın azərbaycanlını ifşa etdi
---

Saxta nikah bağladığı qadın azərbaycanlını ifşa etdi

Saxta nikah bağladığı qadın azərbaycanlını ifşa etdi


Rusiyanın Oleneqorsk şəhərində azərbaycanlının fırıldağı üzə çıxıb.

MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, 53 yaşlı azərbaycanlı Rusiyada müvəqqəti yaşamaq icazəsi ala bilmək üçün 39 yaşlı Rusiya vətəndaşı ilə saxta nikah bağlayıb.

Sonradan cütlüyün arasında mübahisə düşdüyündən qadın azərbayanlını qeydiyyatdan çıxarmaq qərarına gəlib.

Bu səbəbdən o, Miqrasiya İdarəsinə müraciət edərək saxta nikah bağladıqlarını bildirib.

Şəhər Prokurorluğu bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırıb.

Məhkəmədə şahidlər, rusiyalı qadının, əslində, başqa kişi ilə yaşadığı, azərbaycanlı ilə ailə münasibəti olmadığını deyiblər.

Məhkəmə prosesində prokuror tərəflərin ailə qurmaq məqsədi olmadığını, azərbaycanın Rusiya ərazisində yaşamaq üçün nikaha girdiyini sübut edib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma