Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Küncüt və arqan yağı ilə saçlarınızı canlandırın
---

Küncüt və arqan yağı ilə saçlarınızı canlandırın

Yay fəslində saçlar istər Günəş şüaları, istərsə də dəniz duzunun və hovuzlardakı kimyəvi maddələrin təsirinə məruz qalır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bu təsirlərin qarşısını almaq üçün küncüt və arqan yağı istifadə etməyi məsləhət görür.

Tətildən sonra zəifləmiş saçları canlandırmaq üçün apteklərdə satılan küncüt və arqan yağlarını 1:1 nisbətində qarışdıraraq başınızı masaj edin. 1 saat saxladıqdan sonra saç tipinə uyğun şampunla yuyun. Həftədə 3 dəfə edəcəyiniz bu prosedurla qısa müddət sonra sağlam və parlaq saçlara qovuşacaqsınız.

Kosmetoloqlar xlorlu suyun saça təsirini azaltmaq üçün hovuza girmədən öncə adi su ilə yaxalamağı məsləhət görür. Bu zaman saç islanmış olduğu üçün zərərli maddələrin sovrulması minimuma enəcək.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma