Saç ən tez zərər görən, solan və sınan bir vasitədir. İstidən solur, sınır, tez quruyur, rəngləndikcə təravətini itirir.
Axşam.az xəbər verir ki, saçlar daim qulluq tələb edir. Onu istədiyinz vaxt, istədiyiniz su ilə yuya, quruda bilməzsiniz. İlk əvvəl saçınızı sağlam saxlamaq üçün onun tipini öyrənin.
Saçınızı hər gün yumayın, çox tez-tez islatmayın. Su saçın şişməsinə, burulmasına və qırılmasına səbəb olur. Saçınıza uyğun şampun seçin. Yuyarkən şampunu saç ucuna yox, dibinə vurun. Fenlə saç qurutmayın. Qurudarkən isti yox, soyuq düyməyə basın. İsti saça ciddi zərər verir.
Saçınızı hər gün bir dəfə incə darayın. Əgər saçınız qurudursa, həftədə 2, ən çox 3 dəfə yuyun. Çünki saç dibi özü yağlanır. Bu yağlar saçı qidlandırır. Onu yuduqda, həmin yağlar axıb gedir və tüklər qidalanmır. Yağlı saçları isə hər gün yumaq problem deyil.
Saçınızı isti su ilə yumayın. İlıq duşdan istifadə edin. İsti su tük dibindəki yağ istehsalının balansını pozur.
Nəm saça incə davranın. Onu dəsmalla ovaraq qurutmağa çalışmayın. Saç kremi mütləq istifadə edin.
Saçınıza edəcəyiniz maskaları həftənin günlərinə görə ayırın. Hər yumadan əvvəl bir maska hazırlayıb və ya hazır aldığınızdan istifadə edin.