Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Meyxanaçı Ağakərimin səhhəti ilə bağlı SON XƏBƏR - Oğlu danışdı
---

Meyxanaçı Ağakərimin səhhəti ilə bağlı SON XƏBƏR - Oğlu danışdı

Meyxanaçı Ağakərimin səhhəti ilə bağlı SON XƏBƏR - Oğlu danışdı


"Atamın vəziyyəti əvvəlinə baxanda daha da yaxşıdır".

BiG.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında meyxana ustası Ağakərim (Kərim) Novruzovun oğlu Kamil deyib. O bildirib ki, atasının səhhətinin pisləşməsi ilə bağlı dərc edilən xəbərlər yalandır:

"Yazılanlar həqiqəti əks etdirmir. Atamın vəziyyəti normaldır. Ağırlaşmayıb. Əksinə, əvvəlkinə baxanda, indi yaxşıdır. Həkimlər söylədilər ki, bir neçə gün sonra müayinəyə gətirə bilərsiniz. İndi evdədir, özünü yaxşı hiss edir".

Xatırladaq ki, bu gün mətbuatda meyxanaçının səhhətinin pisləşdiyi barədə xəbərlər dərc olunub.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma