Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Azərbaycan nefti ucuzlaşdı
---

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı


Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,60 dollar ucuzlaşaraq 68,71 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti isə 0,58 dollar azalaraq 63,37 dollar olub.

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. Belə ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,88 dollar ucuzlaşaraq 69,97 dollar təşkil edib.

Xatırladaq ki, yanvarın 12-də Azərbaycan neftinin bir bareli 71,84 dollara satılıb və bu, 2014-cü il dekabrın 4-dən indiyədək maksimum qiymət göstəricisi olub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma