Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » DİQQƏT! "HP Azerbaijan" bu batareyaları geri çağırdı - Yanma təhlükəsi var
---

DİQQƏT! "HP Azerbaijan" bu batareyaları geri çağırdı - Yanma təhlükəsi var

DİQQƏT! "HP Azerbaijan" bu batareyaları geri çağırdı - Yanma təhlükəsi var


HP şirkəti Azərbaycanda qüsurlu noutbuk batareyalarını geri çağırıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yanma təhlükəsi yaratması səbəbindən geri çağırılan batareyalar 2015-ci ilin dekabrından 2017-ci ilin dekabrınadək noutbuklarla komplektdə satılıb.

Bu vasitələr eləcə də aksesuar kimi satılıb və ya şirkətin səlahiyyətli nümayəndəlikləri tərəfindən əvəzedici kimi təqdim edilib.

Bildirilir ki, istifadəçilər batareyanın dəyişdirilməsi məsələsi ilə əlaqədar HB xidmət mərkəzlərinə müraciət edə bilər.

Qeyd edək ki, qüsurlu batareyalar aşağıdakı HP noutbuklarında ola bilər:

- HP ProBook (64x seriyalı G2 & G3, 65x seriyalı G2 & G3),

- HP x360,

- HP ENVY m6,

- HP Pavilion x360,

- HP 11,

- HP ZBook (17 G3, 17 G4 və Studio G3).
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma