Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Azərbaycanlı milyarderlər təkcə kirayədən 1 milyard dollar qazandı
---

Azərbaycanlı milyarderlər təkcə kirayədən 1 milyard dollar qazandı

Azərbaycanlı milyarderlər təkcə kirayədən 1 milyard dollar qazandı


"Forbes" jurnalı 2016-cı il üzrə Rusiyanın "daşınmaz əmlak kralları"nın reytinqini açıqlayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən il daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən şəxslərin reytinqinə Azərbaycan əsilli iş adamları Zarax İliyev və Qod Nisanov başçılıq ediblər. Onlara məxsus "Kiyev meydanı" şirkətinin balansında olan əmlakın kirayəsindən 2016-cı ildə 1,27 mlrd. dollar məbləğində gəlir əldə olunub. Şirkət 1,238 mln. kvadratmetr ticarət və 69,3 min kvadratmetr ofis sahəsini kirayə verir. "Kiyev meydanı"na 1550 ədəd otel nömrəsi məxsusdur.

Xatırladaq ki, "Kiyev meydanı"nın sahibləri bundan öncəki reytinqə də başçılıq edib. 2015-ci ilin yekunlarına əsasən, "Kiyev meydanı" daşınmazın əmlakın kirayəsindən 1,115 mlrd. dollar gəlir əldə edib.

2015-ci ildə Z. İliyev və Q. Nisanovun biznesinə geosiyasi amillər mənfi təsir edib. Türkiyə ordusu tərəfindən Rusiya qırıcısı vurulduqdan sonra rəsmi Moskva Ankaraya qarşı sanksiya tətbiq edib. Bundan sonra biznesmenlər Türkiyədən idxal olunan meyvə-tərəvəzin saxlanılması üçün istifadə olunan "Food City" ticarət mərkəzini bağlamaq məcburiyyətində qalıblar.

Digər Azərbaycan əsilli iş adamı Araz Ağalarov isə reytinqin 11-ci pilləsində qərarlaşıb. Biznesmenə məxsus "Crocus Group" şirkətlər qrupu ötən il daşınmaz əmlakın kirayəsindən 265 mln. dollar gəlir əldə edib. Qrup 536 min kvadratmetr ticarət və 680 min kvadratmetr sərgi sahəsini kirayə verir. "Crocus Group"a 225 ədəd otel nömrəsi məxsusdur. Ötən il A. Ağalarovun şirkətlər qrupu Moskvada sahəsi 10 min kvadratmetr olan 3 mərtəbəli okeanariumun açılışını edib. Yeri gəlmişkən, şirkətlər qrupunun borcu 1,7 mlrd. dollara çatır.

Qeyd edək ki, A. Ağalarov bundan öncəki reytinqin 7-ci pilləsində olub. 2015-ci ilin yekunlarına əsasən "Crocus Group" daşınmaz əmlakın kirayəsindən 365 mln. dollar gəlir əldə edib.

Qeyd edək ki, siyahıya 30 şirkət daxil edilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma