Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Almaniya qanunvericiliyi sərtləşdirir
---

Almaniya qanunvericiliyi sərtləşdirir

Almaniya kansleri Fridrix Merzin ofisi Federal Kəşfiyyat Xidmətinə (BND) xarici ərazilərdə təxribat xarakterli əməliyyatlar həyata keçirmək səlahiyyəti verən qanun layihəsi hazırlayıb.

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti əldə etdiyi sənədlərə əsaslanaraq məlumat yayıb.

Qəzet yazır ki, sənəd Federal Respublikanın təhlükəsizliyini təmin etmək məqsədilə "aktiv tədbirlərin" görülməsinə icazə verir. Buraya düşmənin silahlı qüvvələrini zəiflətmək üçün təxribat aktları, eləcə də silah sistemlərinin sıradan çıxarılmasına yönəlmiş kiber əməliyyatlar daxildir.

Qeyd olunur ki, hazırda BND yalnız məlumat toplamaq və onları təhlil etmək səlahiyyətinə malikdir. Yeni qanun layihəsi qəbul olunacağı təqdirdə, Almaniya kəşfiyyat əməkdaşlarına zəruri hallarda cinayət məsuliyyəti yaradan hərəkətləri həyata keçirməyə də icazə veriləcək.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma