Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Xurmanın faydaları açıqlanıb
---

Xurmanın faydaları açıqlanıb

Qış mövsümünün ən çox istehlak olunan meyvələrindən biri olan xurmanın sağlamlığa bir sıra faydası var. Mütəxəssislərin sözlərinə görə, bu meyvə yüksək qida dəyəri ilə həm immuniteti gücləndirir, həm də orqanizmin enerji ehtiyacını qarşılayır. 


BAKU.WS xəbər verir ki, xurma tərkibindəki antioksidantlar sayəsində orqanizmi zərərli maddələrdən qoruyur, ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir və xolesterinin normallaşmasına kömək edir. Həmçinin liflə zəngin olduğuna görə həzmi yaxşılaşdırır və bağırsaq fəaliyyətini tənzimləyir.

Meyvənin tərkibindəki A və C vitaminləri dərinin sağlam qalmasına, görmə qabiliyyətinin qorunmasına və infeksiyalara qarşı müqavimətin artmasına şərait yaradır. Kaliumla zəngin olması isə qan təzyiqinin stabilləşməsinə müsbət təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, xurmanı həddindən artıq deyil, gündəlik ölçülü şəkildə qəbul etmək daha faydalıdır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma