Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Paytaxtda və bölgələrdə kənd yumurtası kəskin BAHALAŞDI
---

Paytaxtda və bölgələrdə kənd yumurtası kəskin BAHALAŞDI

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda İsmayıllı bazarında bir ədəd kənd yumurtası 40 qəpiyə satılır.

Satıcılar bildirirlər ki, onlar yumurtanı kənd sakinlərindən 35 qəpiyə alır və cəmi 5 qəpik qazanc əldə edirlər.

Kənd sakinləri qiymət artımını əsasən istehsal xərclərinin yüksəlməsi ilə əlaqələndirirlər. Qeyd edilir ki, toyuqlar üçün alınan arpa və digər yem məhsullarının bahalaşması yumurtanın maya dəyərini artırır. Digər səbəb isə qış aylarında kənd yumurtasının azalmasıdır.

Alıcılar isə qiymət yüksək olsa da, kənd yumurtasına üstünlük verdiklərini deyirlər.

Şəkidə kənd toyuğu yumurtasının qiyməti iki dəfə artaraq 50 qəpiyə çatıb. Bununla yanaşı, bazarlarda kənd yumurtası tapmaq da çətinləşib.

Paytaxt bazarlarında da kənd yumurtası demək olar ki, satışda yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma