Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Övladına miras qoymayan DÜNYA ULDUZLARI
---

Övladına miras qoymayan DÜNYA ULDUZLARI

Bəzi dünya ulduzları kifayət qədər var-dövlətə sahib olsalar da, övladlarına miras qoymayacaqlarını açıqlayıblar. Bu məşhurlar arasında əsasən tanınmış müğənnilər və aktyorlar var. 


Bu dəfə BAKU.WS övladlarına miras qoymamağı açıq şəkildə bəyan etmiş və ya faktiki olaraq bunu edən məşhurların adlarını təqdim edir:

Müğənni Stinq açıqlamalarından birində "Övladlarım mənim mirasımın bir qəpiyini də görməyəcəklər" deyərək, bəyan edib.

Müğənni Elton Con miras qoymaq fikrində olmadığını, əksinə sərvətini xeyriyyəyə yönəldəcəyini açıqlayıb.

Aktyor Deniel Kreyq "Miras fikri mənə xoş deyil. Qalan pulumu xeyriyyəyə sərf edəcəm" deyə bildirib.

Jurnalist və siyasətçi Anderson Kuper övladına miras qoymağı planlaşdırmadığını bildirib: "Kollecin ödənişini ödəyəcəm, sonra özü öz pulu ilə yaşasın".

Aparıcı, aşpaz Qordon Ramzi uşaqlarına böyük miras qalmasını istəmir, yalnız 25% mənzil depoziti kimi yardım edəcəyini söyləyib.

Aktyor Hyu Qrant "Uşaqlarıma pul vermək istəmirəm" deyə açıqlama verib. O bunun səbəbini isə açıqlamayıb.

Aktyor Ceki Çan övladına avtomatik olaraq miras qoymayacağını açıqlayıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma