Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bu 2 tərəvəz qızardıldıqda "zəhərə" çevrilir
---

Bu 2 tərəvəz qızardıldıqda "zəhərə" çevrilir

Dietoloqlar və elm adamları kartof və badımcanın xüsusilə qızardılmış halda istehlakının sağlamlıq üçün riskli ola biləcəyini bildiriblər.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə bu iki tərəvəz yüksək temperaturda qızardıldıqda tərkiblərindəki nişasta və bəzi digər maddələr zərərli birləşmələrə çevrilə bilər. Bu proses nəticəsində akrilamid kimi kanserogen maddələrin yaranması mümkündür.

Həmçinin, qızartma zamanı istifadə olunan yağın keyfiyyəti və təkrar istifadəsi də təhlükəni artırır.

Qeyd olunur ki, bu maddələrin uzun müddət bədənə daxil olması orqanizmdə hüceyrə zədələnməsinə, iltihab proseslərinin güclənməsinə və hətta xərçəng riskinin artmasına səbəb ola bilər.

Mütəxəssislər bu tərəvəzlərin daha sağlam bişirmə üsulları ilə, yəni buxarda, sobada və ya qaynadılmış halda istifadəsini tövsiyə edirlər.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma