Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI
---

Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI

Belarusda "VKontakte" sosial şəbəkəsinə giriş bloklanıb. 


BAKU.WS xəbər verir ki, bu barədə Belarusun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tabe olan Elektrorabitə üzrə Dövlət Müfəttişliyi (BelGİE) məlumat yayıb.

"Milli Təhlükəsizlik Komitəsinin təqdimatı əsasında informasiya resursuna giriş məhdudlaşdırılıb. Məhdudiyyətin müddəti hələlik məlum deyil", – deyə məlumatda qeyd olunur.

Kompüterdən vk.com saytına daxil olmağa cəhd edildikdə "Belarus Respublikasının "Kütləvi informasiya vasitələri haqqında" qanununa əsasən, Belarusun İnformasiya Nazirliyinin qərarı ilə bu informasiya resursuna giriş məhdudlaşdırılıb" məzmunlu bildiriş ekranda görünür.

"VKontakte"nin mətbuat xidməti açıqlamasında vəziyyəti araşdırdıqlarını bildirib.

"[Şirkət] Belarusda milyonlarla istifadəçi üçün sosial şəbəkə xidmətlərinin mümkün qədər tez yenidən əlçatan olması üçün zəruri addımlar atır", – deyə qeyd olunub.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma