Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Min bir dərdin dərmanı sayılan payız meyvəsi - Narın gizli faydaları
---

Min bir dərdin dərmanı sayılan payız meyvəsi - Narın gizli faydaları

Payız aylarında yetişən nar həm dadına, həm də sağlamlığa olan təsirinə görə mövsümün ən faydalı meyvələrindən sayılır. 


BAKU.WS xəbər verir ki, narın tərkibindəki zəngin vitamin və minerallar orqanizmin payız və qış fəsillərinə uyğunlaşmasına kömək edir.

Nar C, B6 və K vitaminləri, həmçinin dəmir, kalium və antioksidant maddələrlə zəngindir. Bu xüsusiyyətlər sayəsində o, immun sistemini gücləndirir, soyuqdəymə və virus infeksiyalarına qarşı qoruyucu təsir göstərir.

Həkimlərin sözlərinə görə, narın müntəzəm qəbulu qan dövranını yaxşılaşdırır, ürək-damar xəstəliklərinin qarşısını alır, qanazlığı problemini aradan qaldırmağa kömək edir. Bundan başqa nar, həzm sisteminin fəaliyyətini tənzimləyir. Dərinin və saçın sağlam görünməsini təmin edir.

Mütəxəssislər xüsusilə payız mövsümündə hər gün bir stəkan təbii nar şirəsinin içilməsini tövsiyə edirlər. Bu, həm orqanizmi möhkəmləndirir, həm də bədənin gündəlik vitamin ehtiyacını təbii yolla qarşılayır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma