Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Şagird məktub yazıb özünü öldürdü
---

Şagird məktub yazıb özünü öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində şagird intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunun Sosnovskaya mikrorayonunda qeydə alınıb. 11-ci sinif şagirdi öz otağında anası tərəfindən ölü halda tapılıb. Onun intihar etdiyi məlum olub.

Hadisə yerinə gələn polis əməkdaşları mənzildə bir məktub tapıblar. Həmin məktubda şagird həyatın mənasızlığından yazıb və anası ilə vidalaşıb.

İstintaq Komitəsi bu faciənin bütün hallarını intihara cəlbetmə maddəsi üzrə açılmış cinayət işi çərçivəsində araşdırır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma