Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » KİV: İsrail Ordusu artıq Qəzza şəhərinin yarıdan çoxuna nəzarət edir
---

KİV: İsrail Ordusu artıq Qəzza şəhərinin yarıdan çoxuna nəzarət edir

İsrail hərbçiləri Qəzza şəhərinin böyük hissəsinə nəzarəti ələ alıblar.

"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti mənbələrə istinadən yazıb.

"İsrail Müdafiə Ordusu Qəzza şəhərinin yarıdan çoxuna nəzarət edir, 800 min sakin isə bu ərazini tərk edib", – nəşr qeyd edib.

Bildirilir ki, son günlər İsrail Ordusu Qəzza şəhərinə zərbələrin miqyasını genişləndirib.

Ordunun mətbuat xidməti bəyan edib ki, İsrail Hərbi Hava Qüvvələri son sutkada Qəzzada radikallara məxsus 120 hərbi obyekti vurub. Qurum əlavə edib ki, Ordu Qəzza şəhəri ərazisində əməliyyatları genişləndirir.

İsrail Ordusu HƏMAS tərəfindən istifadə olunan bir neçə müşahidə məntəqəsini və yeraltı obyektləri hədəfə alıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma