Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "TikTok"un ABŞ şirkətlərinə satılmasının təfərrüatı məlum olub
---

"TikTok"un ABŞ şirkətlərinə satılmasının təfərrüatı məlum olub

Çinin "ByteDance" şirkəti "TikTok" sosial şəbəkəsində 20%-dən az pay saxlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, razılaşmaya görə, investorlardan ibarət qrup sosial şəbəkəyə görə Çin şirkətinə 14 milyard dollar ödəyəcək. "Oracle", "Silver Lake" və Abu Dabi mərkəzli MGX əsas investorlar olacaq.

Maraqlıdır ki, "TikTok" əvvəlcədən 30-35 milyard dollar dəyərdə qiymətləndirilsə də, indi onun satışına görə ödəniləcək vəsait xeyli aşağıdır.

Xatırladaq ki, ABŞ Pekini "TikTok"un Çin şirkətinin aktivində qalacağı təqdirdə sosial şəbəkənin ölkədə qadağan ediləcəyi, "Apple" və "Google" kimi platformalardan tətbiqin silinəcəyi ilə hədələyirdi. Məhz iqtisadi təzyiq nəticəsində Çin "Tik-Tok"u ABŞ-yə satmağa razı olub.

Bildirilir ki, satışın aşağı qiyməti şübhələr doğurur. Ehtimal olunur ki, pərdə arxasında ABŞ və Çin arasında Tayvan kimi məsələlərə dair siyasi razılaşmalar da olub.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma