Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Yataqda hərəkətsiz qalmaq beynin xəbərdarlıq mesajıdır - Açıqlama
---

Yataqda hərəkətsiz qalmaq beynin xəbərdarlıq mesajıdır - Açıqlama

Telefonla yataqda uzun müddət uzanmaq və gündəlik işlərdən imtina etmək bəzən tənbəllik deyil, psixoloji və fiziki resursların tükənməsi ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bu barədə "gazeta"ya açıqlamasında psixoloq, Piroqov Universitetinin dosenti Vladislav Sotnikov bildirib.

"Belə hallarda beyin enerji qoruma rejiminə keçir və bu, gərginlik və ya yüklənmədən sonra yaranan "passiv özünütənzimləmə" formasıdır. Əgər insan bir neçə saat yataqda uzandıqdan sonra normal fəaliyyətinə qayıdırsa, bu, təbii proses hesab olunur.

Lakin bu vəziyyət mütəmadi hal alır, yuxu, qidalanma və ünsiyyəti əvəz edir, həmçinin günahkarlıq və faydasızlıq hissi yaradırsa, bu, artıq xəbərdarlıq sayılır".

Sotnikov qeyd edib ki, belə durumda yataqda uzanmaq yalnız "ilk yardım" rolunu oynayır, lakin problemin həlli deyil. Psixoloq alternativ yollar axtarmağı məsləhət görür.

"Enerjinin tam tükəndiyi anlarda telefonu kənara qoyaraq gözləri bağlı 10 dəqiqə dincəlmək, eləcə də kiçik hərəkətlər, məsələn, qalxmaq, pəncərəni açmaq və ya üz yumaq beynin "yenidən işə düşməsinə" kömək edir".


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma