Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » 15 il suda qalan telefon Qara dənizdə tapıldı
---

15 il suda qalan telefon Qara dənizdə tapıldı

Bloger Qara dənizdə dalış edərkən unikal bir tapıntıya rast gəlib. O, suyun dibindən təxminən 15 il orada qalmış köhnə mobil telefonu çıxarıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, cihazın vəziyyətini izləyicilərinə göstərmək üçün bloger özünəməxsus bir açılış edib. Telefon palçıqla örtülü olub və xoşagəlməz qoxu gəlib, lakin onun örtüyü möcüzəvi şəkildə salamat qalıb. Kilidin oksidləşməsi səbəbindən onu nə əllə, nə də tornavida ilə açmaq mümkün olmayıb. Məcburən kəlbətinlərdən istifadə olunub.

Həmin telefon dünyada ən kütləvi modellərdən biri olan "Nokia 1100"dur. Bu model 2003-cü ildə istehsal olunub və təxminən 250 milyon nüsxə satılıb. Telefonla birlikdə 2000 SIM-kart da salamat qalıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma