Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Skolioz diaqnozu gec qoyulduqda artıq cərrahi müdaxilə tələb oluna bilər" - Ortoped-travmatoloq
---

"Skolioz diaqnozu gec qoyulduqda artıq cərrahi müdaxilə tələb oluna bilər" - Ortoped-travmatoloq

Uşaqlarda onurğanın əyriliyi skolioz getdikcə daha çox rast gəlinən problemlərdən biridir. Valideynlər bu məsələni diqqətdən qaçırmamalıdır.

Ortoped-travmatoloq Orxan Həsənov BiG.AZ-a bildirib ki, skolioz xüsusilə məktəb yaşlı uşaqlarda çanta daşıma, uzun müddət oturaq həyat tərzi və düzgün olmayan oturuş vərdişləri ilə bağlı sürətlə inkişaf edə bilər:

"Əgər skolioz erkən mərhələdə aşkar edilərsə, xüsusi idman hərəkətləri, fizioterapiya və lazım gələrsə korsetlərlə vəziyyəti korreksiya etmək mümkündür. Ancaq gec diaqnoz qoyulduqda artıq cərrahi müdaxilə tələb oluna bilər.
Valideynlər uşaqların onurğasında əyilmə, çiyinlərin qeyri-bərabərliyi və ya oturuş pozğunluqlarını gördükdə dərhal uşaq ortopedinə müraciət etməlidirlər.
Vaxtında tədbir görülərsə, uşaqlarda skoliozun qarşısını almaq mümkündür".

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma