Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
---

Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda amerikalı həmkarı Donald Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırdığını bildirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

V.Zelenski xatırladıb ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə ABŞ Prezidenti arasında görüş keçirilib. Bu görüşdə Zelenski və Trampın Nyu-Yorkda ikitərəfli görüşdə müzakirə edəcəyi məsələlər razılaşdırılıb.

"Biz təhlükəsizlik zəmanətləri üçün bir əsas hazırladıq. Xeyli müzakirələr apardıq, müxtəlif səviyyələrdə dialoqlar oldu", - Ukrayna Prezidenti bildirib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma