Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Çox oyuncağın alınması uşağın hər hansı bir əşyanın dəyərini anlamasına mane ola bilər" - Psixoloq
---

"Çox oyuncağın alınması uşağın hər hansı bir əşyanın dəyərini anlamasına mane ola bilər" - Psixoloq

Uşaqlar üçün oyuncaq yalnız əyləncə vasitəsi deyil, həm də inkişafın mühüm hissəsidir. Oyuncaqlar uşağın yaradıcılıq qabiliyyətini, sosial bacarıqlarını və emosional dünyasını formalaşdırır. Lakin mütəxəssislərin fikrincə, uşaqlara tez-tez yeni oyuncaqlar almaq düzgün yanaşma deyil.

Uşaq psixoloqu Zərifə Tağıyeva BiG.AZ-a bildirib ki, çoxlu sayda oyuncağın alınması uşağın diqqətini dağınıq edə, hər hansı bir əşyanın dəyərini anlamasına mane ola bilər:
"Uşağa tez-tez oyuncaq almaq əvəzinə, onun maraq və ehtiyaclarına uyğun seçim etmək vacibdir. Əgər uşağın otağında həddindən artıq oyuncaq olarsa, o, heç birinə uzun müddət bağlanmır və təxəyyülünü inkişaf etdirməkdə çətinlik çəkir.
Az sayda amma funksional və yaradıcılıq qabiliyyətini stimullaşdıran oyunlar daha faydalıdır. Bloklar, konstruktorlar, kitablar, intellektual oyunlar uşağın həm zehni, həm də sosial bacarıqlarını gücləndirir.
Eyni zamanda valideynlərin uşaqlara tez-tez oyuncaq almağı maddi mükafat vasitəsinə çevirməsi də tövsiyə olunmur. Bu vərdiş gələcəkdə uşağın istəklərini yalnız maddi dəyərlərlə bağlamasına səbəb ola bilər. Uşağı daha çox vaxt keçirməyə, ünsiyyətə, birlikdə oyunlara təşviq etmək, ona bahalı hədiyyələr almaqdan qat-qat vacibdir.
Uşaqlara tez-tez oyuncaq almaq əvəzinə, keyfiyyətli, təxəyyülü dəstəkləyən oyun vasitələri seçmək və onlarla birlikdə vaxt keçirmək daha sağlam inkişaf üçün əsas amildir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma