Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Unikal zəhərli heyvan: qanı və sümükləri yaşıldır
---

Unikal zəhərli heyvan: qanı və sümükləri yaşıldır

Tropik meşələrdə unikal kərtənkələlər yaşayır. Onların qanı qeyri-adi yaşıl rəngə malikdir və zəhərlidir.

Lent.az xəbər verir ki, yaşıl qanlı bu unikal kərtənkələlərin ölümcül dərəcədə təhlükəli piqment daşıyıcısı olduqları məlum olub. Araşdırmalar göstərib ki, onların orqanizmindəki yüksək konsentrasiyalı zəhərli biliverdin başqa hər hansı heyvanı öldürə bilsə də, özləri üçün təhlükəli deyil.

Sağlam orqanizmdə biliverdin qanın bərpası zamanı az miqdarda əmələ gəlir. Lakin onun yığılması ağır zəhərlənmə və həyati təhlükə yaradan sarılığa səbəb olur.

Bu kərtənkələlərdə isə zəhərli piqmentin səviyyəsi insan üçün ölümcül hesab olunan həddi 40 dəfə üstələyir, amma onlar üçün bu tamamilə normaldır. Bu heyrətamiz xüsusiyyət onlarda təkamül prosesində ən azı dörd dəfə yaranıb. Yaşıl rəng yalnız qanlarında deyil, həm də sümüklərində və əzələlərində mövcuddur.

Bu sürünənlərin sirri, böyük ehtimalla, onların genlərində gizlənir. Alimlər ilk dəfə bu kərtənkələlərdən birinin genomunu deşifrə etməklə böyük bir irəliləyiş əldə ediblər. Onlar xüsusi bir gen aşkar ediblər ki, bu, yəqin ki, qoruyucu zülalın yaranmasına cavabdehdir.

Bu zülal sanki qalxan kimi zəhərli yaşıl piqmenti nəzarətə alır, onun ziyanını neytrallaşdırır və orqanizmə zərər vermədən qanda sərbəst hərəkət etməsinə imkan yaradır.

Hələlik bu heyrətamiz qabiliyyətin necə yarandığı dəqiq bilinmir. Lakin bu kəşf gələcək araşdırmalar üçün əsas olacaq.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma