Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Musiqi zövqlərinin yaşla necə dəyişdiyi açıqlandı
---

Musiqi zövqlərinin yaşla necə dəyişdiyi açıqlandı

Göteborq Universitetinin (UG) alimləri müəyyən ediblər ki, insanların musiqi seçimləri yaş artdıqca dəyişir. Bu dəyişikliklər musiqi dinləmə servislərinin tövsiyələrinin niyə zamanla "uyğunsuz" görünə biləcəyini də izah edir.

Qaynarinfo xəbər verir ki, tədqiqatda 15 il ərzində "Last.fm" platformasının 40 mindən çox istifadəçisinin musiqi dinləmə vərdişləri təhlil olunub. Ümumilikdə 542 milyondan çox dinləmə və bir milyondan artıq musiqi əsəri araşdırmaya daxil edilib.

Nəticələr göstərib ki, yeniyetmələr və gənclər geniş spektrdə populyar musiqilərə üstünlük verir, trendləri izləyir və eksperimentlərə açıq olur. Yetkinlik dövründə zövqlər daha müxtəlifləşsə də, insan getdikcə maraq dairəsini daraldır və şəxsi təcrübəsi ilə bağlı mahnılara üstünlük verir. Orta yaşlarda və sonrakı dövrlərdə isə əsas rolu nostalgiya oynayır: insanlar gənclik illərinin musiqisinə daha çox qayıdır, amma yeni əsərlərə də açıq qalır.

"Gənc olanda hər şeyi sınamaq istəyirsən. Yaşlandıqca isə artıq səni ifadə edən bir üsluba sahib olursan. Hit-paradların önəmi azalır", deyə tədqiqatın həmmüəllifi, Qeteborq Universitetinin dosenti Alan Said bildirib.

Alimlərin fikrincə, bu vəziyyət musiqi tövsiyə sistemləri üçün ciddi çağırışdır. Gənc dinləyicilərə həm yeni hitlər, həm də hələ tanış olmadıqları klassik əsərlər təqdim olunmalıdır. Orta yaşlı auditoriya üçün balanslı yanaşma – həm tanış, həm də yeni musiqilər vacibdir. Yaşlı insanlar isə daha çox şəxsi xatirələrini və unikal zövqlərini əks etdirən mahnıları görmək istəyirlər.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma