Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"
---

Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"

Yakutskda (Rusiya) təşəbbüs qrupu "WhatsApp" mesencerinin təntənəli "dəfn mərasimi"ni keçirib.

Lent.az bu barədə "Sakha Life"a istinadla xəbər verir.

Bildirilir ki, təşkilatçılar tərəfindən "köhnə dostla vidalaşma" adlandırılan tədbir şəhər restoranlarından birində keçirilib. Aksiya iştirakçıları təşkilata məsuliyyətlə yanaşıb, bəzi ritualları bütün ciddiyəti ilə yerinə yetiriblər.

"Əziz yaşıl mesencer, çoxillik ünsiyyət üçün təşəkkür edirik. Bütün əlaqələr saxlanılıb, çatlar köçürülüb. Artıq irəli getmək vaxtıdır", - deyə tədbir iştirakçılarından biri deyib.

Xatırladaq ki, "Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp" mesencerlərində zənglərin qismən məhdudlaşdırılması istiqamətində tədbirlər görüb. Qurumun izahına görə, bu platformalar Rusiya vətəndaşlarını aldatmaq, pul mənimsəmək, diversiya və terror fəaliyyətinə cəlb etmək üçün istifadə olunan əsas səsli rabitə xidmətlərinə çevrilib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma