Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Alen Delonun 17 min avroluq sevimli qol saatı iqamətgahından oğurlanıb
---

Alen Delonun 17 min avroluq sevimli qol saatı iqamətgahından oğurlanıb

Mərhum fransalı aktyor Alen Delonun böyük oğlu Entoni bir il əvvəl aktyorun yaşadığı Duşi malikanəsinin Montarji rayonunun jandarm idarəsini müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə rg.ru məlumat verib.

O, hüquq-mühafizə orqanlarına bildirib ki, atasının ən qiymətli əşyalarını, o cümlədən sənət əsərlərini saxladığı anbardan bahalı saat yoxa çıxıb. Söhbət 17 min avro (təxminən 20 min dollar - red.) dəyərində olan platin "Bulgari Octo Finissimo" xronoqrafından gedir.

Enthoni Delonun sözlərinə görə, saatın yoxa çıxması bir neçə ay əvvəl malikanədə əmlakı inventarlaşdıran və oradakı əşyaları qiymətləndirmək üçün anbarı yoxlayan on beş nəfərdən birinin işi ola bilər.

Hazırda faktla bağlı araşdırma aparılır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma