Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bermud üçbucağı əfsanəmi, həqiqətmi? – Yeni araşdırma
---

Bermud üçbucağı əfsanəmi, həqiqətmi? – Yeni araşdırma

Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağının sirrini açıqladığını deyib.

Ölkə.az xəbər verir ki, bu barədə "Popular Mechanics" jurnalı məlumat verib.

Kruşelnitskinin fikrincə, bu bölgədə gəmilərin və təyyarələrin yoxa çıxmasında heç bir sirli məqam yoxdur. Onun hesablamalarına görə, Bermud üçbucağında itən gəmilərin və təyyarələrin payı dünya okeanının digər bölgələri üçün orta göstəricilərdən fərqlənmir.

Alim Bermud üçbucağında mütəmadi olaraq təyyarə qəzaları və gəmi qəzalarının baş verdiyini inkar etmir. Lakin onun fikrincə, insidentlərin çoxluğu bu zonadakı yüksək hərəkət intensivliyi ilə bağlıdır. Üstəlik, bu ərazi həm gəmiçilik, həm də aviasiya üçün çətin hesab olunur.

Qeyd edək ki, Bermud üçbucağı Atlantik okeanında yerləşən və Florida, Bermud adaları və Puerto-Riko ilə məhdudlaşan bir ərazidir. Yayğın fikrə görə, bu bölgədə təyyarələr və dəniz gəmiləri izaholunmaz tezliklə yoxa çıxır. Ən məşhur hadisə isə 1945-ci ildə beş amerikalı bombardmançının yoxa çıxmasıdır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma