Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Neft bazasında yanğın zamanı video çəkən gənclər həbs edildi
---

Neft bazasında yanğın zamanı video çəkən gənclər həbs edildi

Sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Soçidəki neft bazasında baş verən yanğın fonunda iki qız və bir gəncin mahnı oxuyaraq video paylaşdığı görüntülər yayılıb.

BiG.AZ rus mediasına istinadən xəbər verir ki, onların bu addımı pilotsuz uçuş aparatlarının çəkilişi və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı qadağaları pozmaq kimi qiymətləndirilib.

Nəticədə həmin şəxslər Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.6.1-ci maddəsinin 1-ci hissəsi – "Fövqəladə vəziyyətdə davranış qaydalarının pozulması və ya təhlükə yaratmaq" – ilə təqsirli bilinərək həbs edilib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma