Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Dişlərinizi nə vaxt fırçalamaq lazımdır: səhər yeməyindən əvvəl yoxsa sonra?
---

Dişlərinizi nə vaxt fırçalamaq lazımdır: səhər yeməyindən əvvəl yoxsa sonra?

Uzun illərdir ki, səhərlər dişləri nə vaxt təmizləmək lazım olduğu ilə bağlı mübahisələr aparılır: səhər yeməyindən əvvəl, yoxsa sonra?

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu suala stomatoloq Naida Osmanova cavab verib.

Onun sözlərinə görə, gecə boyu ağızda tüpürcək ifrazı əhəmiyyətli dərəcədə azalır. Bu isə ağız boşluğunda bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Həkimin izahına görə, bu bakteriyalar diş daşlarında mövcud olur, pis qoxuya səbəb olur və hətta səhər yeməyi ilə birlikdə mədəyə düşə bilərlər.

Səhər yeməyindən sonra dişlərini təmizləyənlərə isə həkim yeməkdən sonra yarım saat gözləməyi tövsiyə edib. Çünki meyvələr, şirələr və qəhvə kimi bir çox məhsul turşuluğa malikdir və bu maddələr müvəqqəti olaraq diş minasını yumşaldır. Əgər səhər yeməyindən dərhal sonra dişləri təmizləsək, mina mexaniki şəkildə zədələnə bilər. Lakin yarım saat ərzində tüpürcək təbii şəkildə turşuları neytrallaşdırır və mina üzərində pellyukula adlanan nazik qoruyucu təbəqə bərpa olunur.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma