Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Şahin Şıxlinskinin oğlu sərbəst buraxıldı
---

Şahin Şıxlinskinin oğlu sərbəst buraxıldı

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, Ş.Şıxlinskinin oğlu Mutvali Şıxlınski də onunla bərabər saxlanılıb daha sonra sərbəst buraxılıb.

Fotoda:Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski

Şahin Şıxlinskinin oğlu sərbəst buraxıldı

Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.

Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.

Oxu.Az-ın məlumatına görə isə Şahin Şıxlinskinin saxlanılması OMON-çuların hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun cinayət işi ilə əlaqədardır.

Belə ki, Akif Səfərov Şahin Şıxlinskinin müavini olub. Məlum hadisədən sonra Şahin Şıxlinski məsələ ilə əlaqədar aidiyyəti qurumlarla danışıqlara başlayıb və həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı ciddi səylər göstərib.

Şahin Şıxlinskinin oğlu isə təqsirləndirilən şəxslərin müdafiəsinə qalxıb. O, təqsirləndirilən şəxs Məzahir Səfərovun vəkili olub.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma