Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Konqo və Ruanda arasında sülh sazişi imzalandı
---

Konqo və Ruanda arasında sülh sazişi imzalandı

Konqo Demokratik Respublikası və Ruanda sülh sazişi imzalayıb.

Oxu.Az xəbər verir ki, Vaşinqtonda keçirilən rəsmi mərasim Dövlət Departamentinin "YouTube" kanalında canlı yayımlanıb.


Sənədi ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə Konqo DR-in xarici işlər naziri Tereza Kayivamba və Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe imzalayıblar.

ABŞ-nin vasitəçiliyi ilə imzalanan saziş Konqo DR-in şərqində hərbi əməliyyatlara son qoymaq məqsədi daşıyır və eyni zamanda iki ölkə arasında daha sıx iqtisadi əməkdaşlığa yol açır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma