Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Məhkəmə "Vaqa" ilə bağlı qərarını dəyişdi
---

Məhkəmə "Vaqa" ilə bağlı qərarını dəyişdi

Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (Vaqa) azadlığa buraxılıb.


BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu dəqiqələrdə iş üzrə dəyişən halları nəzərə alaraq belə qərar çıxarıb.

Vaqa barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, o məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd edək ki, tiktoker polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.


Bu maddənin sanksiya həddi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma